Jurnalistin valideynləri polisə çağırılıb

Jurnalistin valideynləri polisə çağırılıb
22 Sentyabr 2016
Mətni dəyiş
Jurnalist Sevinc Vaqifqızının valideynləri polis bölməsinə çağırılıb. Səbəb olaraq jurnalistinin anasının Milli Şuranın 17 sentyabr mitinqində iştirak etməsi göstərilir. Bu barədə Sevinc Vaqifqızı məlumat verib.
Jurnalist bildirib ki, ana və atasını Binəqədi rayon 6-cı polis bölməsini çağırıblar: "Bu gün anama yaxınlaşan sahə müvəkkili Cəlil Abbasov deyib ki, yoldaşınızla bölməyə gəlin".
Sevinc Vaqifqızı qeyd edib ki, anasə Milli Şuranın 17-də baş tutan mitinqində iştirak edib. O atasını da anasının bölməyə tək getməməsi üçün çağırıldığını ehtimal edir: "Sahə müvəkkilindən soruşdum ki, anamı mitinqə getdiyinə görə çağırırsınız, inkar etmədi. Dedi, bölməyə gəlsin, danışacağıq".
Jurnalist polisdən evlərinə çağırış vərəqəsi göndərməyi tələb edib. Bildirib ki, yalnız o halda bölməyə gələ bilərlər. Polis də deyib ki, canlı gəlib deyirəm, vərəqə nə ehtiyac var. S.Vaqifqızı yenidən çağırış vərəqəsi göndərməli olduqlarını təkid edib. Polis də bildirib ki, o zaman bölmənin işçiləri onlara qonaq gələcəklər".
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun