10 Sentyabr 2016
Mətni dəyiş
Sentyabrın 9-da “iPhone 7” və “7 Plus” smartfonlarını təqdim edən “Apple” ön sifarişlərin qəbuluna başlayıb.
Bu mərhələdə ("birinci dalğa") sifarişlər ABŞ, Avstraliya, Belçika, Böyük Britaniya, Almaniya, Honkonq, Danimarka, İrlandiya, İspaniya, İtaliya, Kanada, Çin, Lüksemburq, Meksika, Hollandiya, Yeni Zelandiya, Norveç, Birləşmiş Ərəb Əmirlikləri, Portuqaliya, Puerto-Riko, Sinqapur, Finlandiya, Fransa, İsveç, İsveçrə, Yaponiya, Tayvan və Vircin adaları kimi ölkələrdən qəbul edilir.
4,7 və 5,5 düym ekranlı və 32, 128, 256 Gb yaddaşlı versiyaları 5 rəngdə əldə etmək mümkündür: gümüşü, qızılı, çəhrayı qızılı, parıltılı qara və parıltısız (mat) qara.
ABŞ-da yeni smartfonların qiyməti “iPhone 7” üçün 649-849 dollar, “iPhone 7 Plus” üçün isə 769-969 dollar təşkil edir. “Birinci dalğa” ölkələrində satış sentyabrın 16-da başlayacaq.
“İkinci dalğa” ölkələrində satışlara sentyabrın 23-də start verilməsi nəzərdə tutulur.