İnvestorlar dekabrdan öncə FES-dən faiz artımı gözləmirlər

İnvestorlar dekabrdan öncə FES-dən faiz artımı gözləmirlər
5 Sentyabr 2016
Mətni dəyiş

Statistikanın pis olması bunu sentyabrda etməyə mane olur. ABŞ-dakı işsizlik səviyyəsi barədə son məlumatlar Federal Ehtiyat Sistemini (FES) sentyabr ayında faiz artımından çəkindirə bilər. 

ABŞ-ın Əmək Departamentinin məlumatına əsasən avqust ayında iş yerlərinin sayı 151 000 artmışdır ki, bu Bloomberg-in proqnozlarından 30 000 azdır. İşsizlik səviyyəsi isə son üç ayda dəyişməz qalıb - 4,9 %. Bu isə analitiklərin proqnozlarından 0,1 aşağıdır.

Bir müddət əvvəl, son aylarda faiz artımının xeyrinə arqumentlərin inandırıcı olduğunu qeyd edən FES rəhbəri Janet Yellen əmək bazarının dinamik inkşafına da işarə etmişdi. Yellenin bu pozisiyası artıq sentyabrın 20-21-də FES-in iclasında faiz artımının gözlənildiyini deməyə əsas verirdi. Federal Ehtiyat Bankının sədri Richmond Jeffrey Lacker də növbəti iclasda faiz dərəcəsinin artımına çağırır. Əmək bazarı məlumatları isə məyusedicidir. CME Group-un məlumatlarına əsasən, Yellenin açıqlamasından sonra fyuçerslər faiz dərəcəsi artımının olmasını 30% ilə qiymətləndirirdilərsə, cümə günü bu 20%-ə qədər azalmışdır. Faiz dərəcəsi artımının dekabrda olması isə 54,2% ilə qiymətləndirilir. Məlumatlar vəziyyətin gözlə görüləcək qədər pisləşdiyini deməyə əsas verir. Xüsusilə də orta aylıq əmək haqqında. High Frequency Economics-in iqtisadçısı Jim O`Sullivan hesabatların FES-in konservativ üzvlərinin digərlərini faiz dərcəsi artımını tam müəyyənlik olana qədər təxirə salmalarına inandırmağa kömək edəcəyini düşünür.

Stivan Stenley (Amherst Pierpont Securities), məlumatların FES-i çətin seçim qarşısında qoyduğunu qeyd edir. Sentyabrda faiz dərəcəsini artırmaqla Yellen əmək bazarını xeyli təəccübləndirə bilər. Goldman Sachs iqtisadçıları faiz dərəcəsi artımını 55%-lə qiymətləndirir, Morgan Stanley analitikləri isə 2017-ci ilin sonuna qədər artım gözləmirlər. Bundan əlavə, tarix boyunca FES-in prezident seçkilərindən əvvəl faiz dərəcəsini artırdığı olmamışdır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun