Prezident İlham Əliyevin günləri görüşlərlə, zavodların açılışları ilə, rəsmi səfərlərlə doludur. Prezidentin günü necə keçir? O, kimlərlə görüşür? BBC Azərbaycanca araşdırıb.
[video width="1280" height="720" mp4="http://abzas.net/wp-content/uploads/2016/09/İlham-Əliyev-nə-ilə-məşğuldur.mp4"][/video]İlham Əliyev rəqəmlərdə
2016-cı il yanvar-avqust arasında Prezident Əliyev:
- 341 fərman və sərəncam imzalayıb
- 21 lent kəsib
- 12 dəfə xaricə gedib
- 5 ölkə ilə sənəd imzalayıb
- 2 müsahibə verib
- 1 ağac əkib
İlham Əliyev iş vaxtını necə keçirir? 2016-cı il, yanvar - avqust aylarında:
Prezident Əliyev 2016-cı ilin yanvar və avqust ayları arasında 50 ölkənin nümayəndə və ya rəsmisilə görüşüb.
Prezidentin rəsmi saytından belə qənaətə gəlmək olar ki, bu müddət ərzində o, daha çox İran rəsmilərilə vaxt keçirib.
Prezidentin saytındakı məlumatlardan belə çıxır ki, cənab Əliyev daha çox İran prezidenti Həsən Ruhani ilə vaxt keçirib.
Bundan başqa o, Türkiyə, ABŞ, və Rusiya nümayəndələrilə də tez-tez görüşüb, bu ölkələrlə bağlı çoxlu danışıqlarda iştirak edib. Bu diaqramda, 3-dən çox görüşü və ya səfəri olan ölkələr göstərilir.
Hansı ölkələrlə əlaqələrə daha çox diqqət yetirilir?
2016-cı il, yanvar - avqust arasında
İlham Əliyev ən çox hansı liderlərlə görüşüb?
(Bir səfər ərzində çoxsaylı görüşlər də nəzərdə tutulur)
Bakıdan kənar lakin ölkə daxilindəki görüş və tədbirlər bu il əsasən Qəbələdə keçirilib.
Qəbələ səfərindən əsas məqamlar:
- "Qəbələ" Park-Bulvar Kompleksi yenidənqurmadan sonra istifadəyə verilib
- Qəbələdə icrası davam edən turism və idman infrastrukturu layihələri ilə tanış olub
- Nohurqışlaq-Tüntül-Yengicə avtomobil yolunun əsaslı təmirindən sonra açılışında iştirak edib
- "Qafqaz Tufandağ Mountain Resort" otelinin açılışında iştirak edib
- "ASAN xidmət" mərkəzinin açılışında iştirak edib
- YAP Qəbələ rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak edib
- Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan uşaq bağçasının açılışında iştirak edib
Ən çox hansı qurumlarla görüşür?
2016-cı il, yanvar-iyul arasında
Prezident Əliyev daha çox mart ayında fəal olub. O, bu ay ərzində 63 görüş, tədbir və ya açılışda iştirak edib. Onun iş qrafikinə əsasən cənab əliyevin ən çox boş vaxtı olan ay isə iyul ayıdır.