1 Sentyabr 2016
Mətni dəyiş
Gürcüstanın Marneuli rayonunda yerləşən Tserakvi kəndində üçüncü "One Caucasus" musiqi festivalı keçirilib.
“Qafqaz bir sıra münaqişələrdən əziyyət çəkir. Marneuli rayonu Gürcüstan, Ermənistan və Azərbaycanın sərhədində yerləşir və burada bir çox etnik və dini qruplar uzun illərdir ki, sülh içində yaşayır,” festivalın internet səhifəsində yazılır.
Azərbaycanı festivalda sumqayıtlı musiqiçilərdən ibarət “Snail’s” qrupu təmsil edib.
Onlarla BBC Azərbaycanca üçün Tbilisidə məskunlaşmış britaniyalı jurnalist Onnik Krikorian söhbət edib.
Festivalda Ermənistan, Azərbaycan və Gürcüstanla yanaşı, Kenya, Nepal, Tunis və ABŞ-dan olan musiqiçilər iştirak edib.
One Caucasus Festivalı, Polşa Mədəniyyət Nazirliyi və ABŞ-ın Tbilisidəki səfirliyi tərəfindən maliyyələşdirilib.