1 Oktyabr 2016
Mətni dəyiş
Gənc fəal Amid Süleymanov polis bölməsinə çağırılıb.
A.Süleymanov bu barədə sosial şəbəkədə məlumat verib.
Onun sözlərinə görə, bölmədən bildirilib ki, oktyabrın 1-i səhər saat 8-də 5-ci polis bölməsində olmalıdır:
“Bu gün getməliydim zəng vurdular ki, sabah gələrsən, gecikmə. Səbəb soruşdum, dedilər bir məsələ var onu aydınlaşdırmaq üçün çağırırıq. Bölmədə ətraflı danışarıq sonra gedərsən”.
Xatırladaq ki, Amid Süleymanov 25 may tarixində polis tərəfindən saxlanılmış və 10 sutka inzibati həbs cəzasına məruz qalmışdı.