Futzal millimiz dünya çempionatına tarixi qələbə ilə başlayıb - FOTO - VİDEO

Futzal millimiz dünya çempionatına tarixi qələbə ilə başlayıb - FOTO - VİDEO
13 Sentyabr 2016
Mətni dəyiş
Kolumbiyada təşkil edilən futzal üzrə dünya çempionatı davam edir.
Millimiz bu gün sözügedən yarışda ilk oyununu keçirib.
Tarixində ilk dəfə mundialda çıxış edən yığmamız Afrika çempionu Mərakeşlə qarşılaşıb.
Görüş komandamızın böyükhesablı qələbəsi ilə başa çatıb - 5:0. Bu, həm də braziliyalı Milton Luis Ziller Juniorin millimizin baş məşqçisi kimi ilk oyunu olub.
Qeyd edək ki, yığmamız  F qrupunda İran, İspaniya və Mərakeşlə mübarizə aparacaq.
13 sentyabr
F qrupu
03:00. Mərakeş - Azərbaycan - 0:5
futzal futzal1 futzal3 futzal4 futzal5

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun