"Fitch" beynəlxalq reytinq agentliyi daha iki bankımızın reytinqini "mənfi"yə endirib

"Fitch" beynəlxalq reytinq agentliyi daha iki bankımızın reytinqini "mənfi"yə endirib
7 Sentyabr 2016
Mətni dəyiş
"Fitch" beynəlxalq reytinq agentliyi "Accessbank" ASC-nin kredit reytinqini BB+ , "PASHA Bank"-ın kredit reytinqini isə BB- səviyyəsində təsdiq edib.
Hər iki bankın reytinq üzrə proqnozu isə "neqativ" olaraq təsdiq edilib.
"Fitch" həmçinin "Accessbank"ın dayanıqlılıq reytinqinin "bb-"dən "b+"a endirib.
Agentlik "Accessbank"ın uzunmüddətli emitentin defolt reytinqinin "BB+" və "dəstək" reytinqinin "3" səviyyəsində təsdiq edilməsini, əsasən bankın beynəlxalq maliyyə institutları olan səhmdarlarından maliyyə yardımı almaq ehtimalları ilə əlaqələndirib.
Bankın dayanıqlılıq reytinqinin "bb-"dan "b+"a endirilməsi 2015-ci ildə baş verən manatın devalvasiyası nəticəsində "Accessbank"ın aktivlərinin keyfiyyətinin önəmli dərəcədə pisləşməsi ilə izah edilir.
Agentlik "PASHA Bank"ın emitentin defolt və dəstək reytinqinin Azərbaycan hökumətinin ehtiyac olduqda banka dəstək verməsi ilə getdikcə möhkəmləndiyini bildirir.
"Fitch" bu mənada "PASHA Bank"ın sistem əhəmiyyətli bank olduğunu, törəmə qurumu - "Kapital Bank" ASC ilə bu sektordakı depozit portfelinin 15 faizinə sahibləndiyini bildirir. Habelə, Azərbaycan Beynəlxalq Bankının (ABB) sağlamlaşdırılması fonunda maliyyə vəziyyətinin yaxşılaşdığını, hökumətlə sıx əlaqələri səbəbindən ən azı yaxın perspektivdə ona dəstək verdiyini qeyd edir.
Agentliyin məlumatında bildirilir ki, bankın dayanıqlılıq reytinqi möhkəm kapitallaşma, kifayət qədər likvidlik və iqtisadiyyatdakı yavaşıma fonunda pisləşən aktivlərin müvəffəqiyyətlə idarə olunmasına əsaslanıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun