Fikrət Fəraməzoğlunun həyat yoldaşı BMT və Avropa İttifaqının nümayəndələri ilə görüşüb

Fikrət Fəraməzoğlunun həyat yoldaşı BMT və Avropa İttifaqının nümayəndələri ilə görüşüb
24 Sentyabr 2016
Mətni dəyiş
Həbsdə olan jam.az saytının baş redaktoru Fikrət Fərəməzoğlunun həyat yoldaşı Faiqə Nosreti BMT və Avropa İttifaqının nümayəndələri ilə görüşüb.
Bu barədə  Faiqə Nosreti sosial şəbəkədə məlumat paylaşıb.
F.Nosreti bildirib ki, o, ölkəmizdə səfərdə olan BMT-nin İnsan Hüquqları Bürosunun xüsusi nümayəndəsi Jamşid Gaziyev, Avropa İttifaqının Azərbaycandakı səfiri Malena Mardinin birinci müşaviri Denis Danilidis və qurumun siyasi müşaviri xanım Nina Lindvalla görüş keçirib: "Görüşdə diplomatlar  jurnalist Fikrət Fərəməzoğlunun həbsi və hazırkı durumu ilə maraqlanıblar. Jurnalistə verilən işgəncələrlə bağlı məni dinləyib suallar verdilər".
Faiqə Nosretinin sözlərinə görə, xarici qonaqlar həbsdə olan həyat yoldaşının işi ilə yaxından maraqlanıblar. Fikrət Fəraməzoğluna verilən işgəncələrə sərt münasibət bildirən BMT və Aİ rəsmiləri, jurnalistin işini diqqətdə saxlayıb lazımi addımlar atacaqlarını vurğulayıblar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun