FİFA Azərbaycan klubunu cəzalandırıb

FİFA Azərbaycan klubunu cəzalandırıb
14 Sentyabr 2016
Mətni dəyiş
FİFA növbəti dəfə Azərbaycan klubunu ağır şəkildə cəzalandırıb.
FİFA tərəfindən verilən qərara görə, “Rəvan” klubunun xalları silinib.
Bununla bağlı qərarı FİFA-nın Nizam-İntizam Komitəsi verib. Ali futbol qurumunun 22.08.2016-cı il tarixində AFFA-ya göndərdiyi məktubda yazılıb ki, “Rəvan”la sabiq futbolçusu Miloş Adamoviç arasında bağlanmış müqavilə şərtlərinə klub riayət etməyib. Bu səbəbdən I divizion iştirakçısının cari mövsüm aktivindən 3 xal silinməsi qərara alınıb.
Qeyd edək ki, I divizionda 2016/17 mövsümünün cəmi 1 turu geridə qalıb. İlk turda məğlubiyyətə düçar olan “Rəvan” mübarizəni -3 xalla davam etdirəcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun