Emil Balayev Almaniyanın "Eintracht Braunschweig" klubunda

Emil Balayev Almaniyanın "Eintracht Braunschweig" klubunda
13 Sentyabr 2016
Mətni dəyiş
Milli komandamızın və "Neftçi"nin sabiq qapıçısı Emil Balayev Almaniyanın "Eintracht Braunschweig" klubunun düşərgəsinə yollanıb.
Gənc qapıçı artıq "Eintracht Braunschweig" ilə birlikdə məşqlərə də başlayıb.
O, bir həftə ərzində 2-ci Bundesliqa təmsilçisində sınaqdan keçəcək. Özünü doğrultsa, 22 yaşlı qolkiperlə müqavilə imzalanacaq.
Qeyd edək ki, “Braunschweig" 4 turdan sonra 12 xalla turnir cədvəlinin lideridir.
Xatırladaq ki, son klubu 2014-16-cı illərdə Frankfurt "Eintracht"ı olan Emil Balayevin bu komandada rəsmi debütü baş tutmayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun