Dünya rekordunu 50 yaşlı üzgüçü təzələyib

Dünya rekordunu 50 yaşlı üzgüçü təzələyib
11 Sentyabr 2016
Mətni dəyiş
Rio-2016 Paralimpiya Oyunlarında 100 metrlik məsafəyə sərbəst üzmə yarışlarında 50 yaşlı Qazaxıstan üzgüçüsü Zulfiya Gabidullina qalib gəlib.
Zulfiya Gabidullina dünya rekordunu təzələyərək qızıl medalın sahibi olub.
Gabidullina 100 metrlik məsafəyə sərbəst üzmədə yarışını 43.22 saniyəyə bitirib. Onun qazandığı qızıl medal Qazaxıstanın Paralimpiya oyunları tarixindəki ilk qızıl medalı olub.
Zulfiya Gabidullina 30 yaşından üzgüçülük yarışlarında iştirak etməyə başlayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun