Dövlət büdcəsi azalır

Dövlət büdcəsi azalır
29 Sentyabr 2016
Mətni dəyiş
2017-ci ilin dövlət büdcəsi cari illə müqayisədə azalıb. 2017-ci ilə dövlət büdcəsinin gəlirləri 15 milyard 955 milyon, xərcləri 16 milyard 600 milyon hesablanıb.
Bu, 2016-cı ilin büdcəsinə nisbətən azdır. Bu il üçün dövlət 17 milyarda yaxın gəlir, 18 milyarddan çox isə xərc hesablamışdı.
Maliyyə Nazirliyinin sentyabrın 28-də açıqladığı 2017-ci il büdcəsinin, əsasən, Əlavə Dəyər Vergisi (ƏDV) və Neft Fondunun hesabına formalaşması nəzərdə tutulur. Belə ki, ƏDV-dən təxminən 4 milyard, Neft Fondundan 6 milyard manat gözlənir. Fiziki və hüquqi şəxslərin gəlir vergisi isə təxminən 3 milyard manat hesablanır.
Bundan əlavə, xarici dövlətlərə verilmiş kreditlərdən 50 milyon manata qədər divident əldə olunacağı gözlənir. Hökumət dövlət rüsumlarında 105 milyon manat, vergi qanunvericiliyinin pozulmasına görə cərimə və sanksiyalardan 90 milyon manat qazanacağını hesablayıb.
Cari illə müqayisədə hökumət ƏDV ilə ödəmə gözləntisini artırıb, Neft Fondundan ayırmanı isə təxminən 1 milyard manatdan çox azaldıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun