Çempionlar Liqasının finalı Kiyevdə keçiriləcək - FOTO

Çempionlar Liqasının finalı Kiyevdə keçiriləcək - FOTO
15 Sentyabr 2016
Mətni dəyiş
2018-ci ildə UEFA Çempionlar Liqasının finalı Kiyevdə keçiriləcək.
Bu barədə Ukrayna prezidenti Petro Poroşenko sosial şəbəkədə məlumat yayıb.
“2018-ci ildə Çempionlar Liqasının finalı Ukraynada olacaq. UEFA finalın Kiyevdə keçirilməsi ilə bağlı qərar qəbul edib. Bu, bizim, xüsusilə ukraynalı azarkeşlər üçün əla xəbərdir. İnanıram ki, final matçını yüksək səviyyədə keçirəcəyik” - deyə o bildirib.
Oyunun Kiyevin "Olimpiyski" stadionunda təşkil olunacağı bildirilir.
Qeyd edək ki, UEFA mövzu ilə bağlı hər hansı bir rəsmi açıqlama verməyib.
cl

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun