Ən son məlumatlar yazının yuxarı hissəsində
20:15 - Ölkə üzrə səsvermə fəallığı 69,7 faiz təşkil edib.
Saat 19.00-a olan məlumata görə, ölkə üzrə 3 milyon 671 min 707 seçici ümumxalq səsverməsində iştirak edib. Bu isə 69,7 faiz seçici fəallığı deməkdir.
AZƏRTAC xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov məlumat verib.
Səsvermə bitər-bitməz pozuntu halları müşahidə edilmişdir.
24 saylı Nizami birinci seçki dairəsinin 9-cu məntəqəsində səsvermə başa çatan kimi məntəqə üzvü özü ilə gətirdiyi hazır bülletənləri qutudakıların arasına qarışdırır.
[video width="640" height="368" mp4="http://abzas.net/wp-content/uploads/2016/09/video-1474907629.mp4"][/video]
Səsvermə bitsə də seçki pozuntuları ilə bağlı şikayətlərə davam edir. Sosial şəbəkələrdə yayılan bu məlumatda Vahid Qasımov adlı vətəndaş vətəndaş anasının və özünün yerinə imza atıldığını iddia edir:
"Təxminən 1 həftə əvvəl MKTB-nin işçisi məni inandırmışdı ki, bu ilki referendum şəffaf keçəcək. Həqiqətən də, inkişaf var. Keçən seçkilərdə anamın əvəzinə qol çəilmişdisə. Bu il artıq həm anamın, həm də mənim öz yerimə qol çəkən tapılmışdı".
19:00 - Azərbaycan Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-na - bu günə təyin edilmiş ümumxalq səsverməsi (referendum) başa çatıb. Saat 08:00-da start verilən səsvermə 19:00-da yekunlaşıb.
18:30 - Bakının Nəsimi rayonu ərazisindəki 19 saylı məktəbdə səsverməni müşahidə edən tanınmış müxalifət fəalı Cəmil Hacıyev polisə aparılıb.
Bu haqda bastainfo.com-a onunla birgə məntəqədə müşahidəçi olan Mariupol (Ukrayna) İctimai TV-nin əməkdaşı Ayxan Hacıbəyli məlumat verib.
Bildirilir ki, müşahidəçilər iki seçicinin başqalarının əvəzinə səs verdiyini görərək, buna etiraz ediblər.
Cəmil Hacıyevin hansı polis bölməsinə aparıldığı bilinmir.
18:25 - 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 12 saylı seçki məntəqəsi.
Eyni adam eyni məntəqədə iki dəfə səs verir. Həmin dairənin digər məntəqələrində də oxşar hallar baş verib. Eyni şəxslər 23 saylı dairənin 7 saylı məntəqəsində, daha sonra 6 saylı məntəqəsində səs verirlər.
[video width="640" height="360" mp4="http://abzas.net/wp-content/uploads/2016/09/karusel1.mp4"][/video]
[video width="640" height="360" mp4="http://abzas.net/wp-content/uploads/2016/09/51f01393-597e-47c9-9996-3df930e9d1c8-1.mp4"][/video]
18:15 - İspan deputatlar: "Azərbaycan demokratiyanın ən yüksək səviyyəsini yaşayır".
Bu sözləri APA-ya açıqlamasında İspaniya parlamentinin deputatı, NATO PA-nın üzvü Çixilo Barber Xose Maria deyib. O bildirib ki, Azərbaycan demokratiya dövrünün ən yüksək səviyyəsini yaşayır: “Gənclərdən yaşlılara qədər seçicilərə rast gəlmişik. Bununla dövlət Azərbaycan xalqının Konstitusiyaya edilən dəyişikliklərdə iştirak etməsinə şərait yaradır. Biz bir daha şahid olduq ki, Azərbaycan böyük addımlar atır. Hər bir vətəndaş üçün şərait yaradılıb ki, öz fikrini ifadə etsin”.
18:00 - Məntəqə sədri bildirib ki, 900-dən çox olan seçicilərin hər birini tanıyır.
BBC Azərbaycanca müxbiri Günel Səfər 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin 26 saylı məntəqəsində məntəqə müdirilə danışıb.
[video width="1280" height="720" mp4="http://abzas.net/wp-content/uploads/2016/09/14408665_905191742951582_5857287832040636416_n.mp4"][/video]
18:09 - 11 saylı Qaradağ seçki dairəsinin 14 saylı məntəqəsində səsvermə davam edən zaman bir nəfər seçki qutusunu aparır, daha sonra dolu gətirib yerinə qoyur.
[video width="626" height="360" mp4="http://abzas.net/wp-content/uploads/2016/09/1689beb5-567a-4460-bad5-5f2736aea1e4.mp4"][/video]
17:43 - Azərbaycanda Konstitusiyada dəyişikliklər üzrə ümumxalq səsverməsi (referendum) ilə bağlı ölkə üzrə saat 17:00-a olan seçici fəallığı açıqlanıb.
APA-nın məlumatına görə, Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov keçirdiyi mətbuat konfransında bildirib ki, saat 17:00-a qədər 5 milyon 267 min 111 seçicidən 3 milyon 348 min 535 nəfəri səs verib.
Qeyd olunan vaxta qədər seçici fəallığı 63,6 faiz təşkil edib.
17:30 - 108 saylı Ağstafa seçki dairəsinin 21 saylı məntəqisində 1 nəfər qutuya topa bülleten atır, digəri isə kameranın qarşısını kəsir.
[video width="1280" height="720" mp4="http://abzas.net/wp-content/uploads/2016/09/Kameranın-önünü-kəsib-topa-bülleten-atırlar.mp4"][/video]
17:12 - Saat 15.00-a olan məlumata görə, respublika üzrə 2 milyon 833 min 64 seçici səs verib.
Mərkəzi Seçki Komissiyası Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov qeyd edib ki, respublika üzrə seçici fəallığı 53,8 faizdir.
17:00 - 68 saylı Cəlilabad kənd seçki dairəsinin 2 saylı məntəqəsində seçki məntəqəsi üzvü qutuya topa bülletenlər atır.
[embed]https://www.youtube.com/watch?v=HrWzEgdl5k8[/embed]
16:09 - 30 Sayli Suraxan Rayonu 11 sayli seçki dairəsi, 280 sayli məktəb. Kameranın üstünü kağızla bağlayıblar.
16:00 - 15 saylı Yasamal Birinci Seçki Dairəsinin 26 saylı məntəqəsində vətəndaş Soltan Əhmədov seçkidə iştirak etmədiyi halda adının qarşısına imza atılıb.
Bunu onun qızı müəyyənləşdirib. Komissiya üzvü deyiləni təkzib etsə də, Soltan Əhmədovun adının yazıldığı siyahıya baxmağa icazə vermir və seçicini polis çağırmaqla hədələyir.
[embed]https://www.youtube.com/watch?v=8UVFp1gi2wQ&feature=player_embedded[/embed]
15:40 - 64 saylı Sabirabad II Seçki Dairəsi, 3 saylı Nizamikənd məntəqəsində qutulara toplu bülleten atılması müşahidə kameraları tərəfindən çəkilib.
[video width="800" height="600" mp4="http://abzas.net/wp-content/uploads/2016/09/14507927_1163200527085171_7054805077298511872_n.mp4"][/video]
15:00 - 23 saylı seçki dairəsinin 7 saylı məntəqəsində "karusel" əməliyyatı.
26 sentyabr referendumunda Nəsimi -Səbail səs verən iki qadın əvvəlcə 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 7 saylı məntəqəsində, daha sonra 6 saylı məntəqəsində səs verirlər.
[video width="640" height="360" mp4="http://abzas.net/wp-content/uploads/2016/09/51f01393-597e-47c9-9996-3df930e9d1c8.mp4"][/video]
14:53 - 6 saylı Yasamal ikinci seçki dairəsinin 26 saylı seçki məntəqəsində bir vətəndaşın anasının əvəzinə qol çəkilib və səs verilib.
[embed]https://www.youtube.com/watch?v=N4VMbnsTxvc[/embed]
14:50 - 8 saylı Binəqədi seçki dairəsinin 3 saylı məntəqəsində qutulara toplu bülletenlər atılıb.
[embed]https://www.youtube.com/watch?v=--JbUSyDj74[/embed]
14:35 - Referendum baş tutmuş sayılır.
Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə bu günə - sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsi (referendum) baş tutmuş hesab olunur. “Report” xəbər verir ki, Seçki Məcəlləsinə əsasən, referendumda vahid seçici siyahısında olan seçicilərin 25%-dən azı iştirak etdikdə referendum baş tutmamış sayılır.
Bu gün saat 12:00-a olan seçici fəallığı vahid seçici siyahısında olan seçicilərin 30.6 faizini təşkil edir. Yəni, referendum baş tutmuş hesab olunur.
14:20 - Sabunçu rayonu 13 saylı seçki məntəqəsinin sədri Fərqanə Rəhimova: "Səhər 8-in yarısından metro işçiləri gəlmişdilər, çünki onlara 8-də keçmək tapşırılmışdı. Səs verib getdilər iş yerlərin. Gördüyünüz kimi, seçki normal keçir".
BBC Azərbaycanca müxbiri Günel Səfərova Sabunçu Rayonundakı 13 və 33 saylı seçki məntəqələrinin sədrlərindən səsvermənin gedişi barədə soruşub.
Xatırladaq ki, Azərbaycanın bütün ərazisində ümumxalq səsverməsi (referendum) səhər saat 08.00-da başlayıb.
[video width="854" height="480" mp4="http://abzas.net/wp-content/uploads/2016/09/Məntəqə-sədri-Qanunumuzdakı-dəyişikliyi-alqışlayırıq-.mp4"][/video]
13:30 - Gürcüstanın paytaxtı Tiflisdə bir qrup azərbaycanlı referenduma etiraz olaraq Azərbaycan səfirliyinin qarşısında aksiya keçirib.
Bu barədə Tiflisdə yaşayan jurnalist Əfqan Muxtarlı saytımıza məlumt verib. Aksiyada “Referenduma yox”, “Xalq kral istəmir” şuarları səsləndirilib, həmçinin siyasi məhbusların şəkilləri qaldırılıb. Daha ətraflı buradan baxa bilərsiniz.
13:20 - 132-134 saylı məktəbin məntəqəsində bir nəfər digərinə göstəriş verir.
[caption id="attachment_10344" align="alignnone" width="2048"]
Foto: Abzas.net[/caption]
13:01 - AŞPA missiyasının rəhbəri: "Müşahidələrimizlə bağlı son nəticələri 1-2 aydan sonra təqdim edəcəyik".
AŞPA-nın Azərbaycanda keçirilən referendumla bağlı qiymətləndirmə missiyasının rəhbəri Aleksandr Nikoloski Bakıda səsverməni müşahidə edir.
Bir neçə məntəqəyə baş çəkdikdən sonra jurnalistlərə açıqlamasında o bildirib ki, AŞPA missiyası Azərbaycan hökumətinin dəvəti ilə seçkiləri müşahidə etmək üçün gəlib: "Missiya 7 nəfərdən ibarətdir. Biz mümkün qədər çox məntəqədə səsverməni müşahidə etməyə çalışırıq. Sabah ilkin müşahidələrimizlə bağlı mətbuat konfransı keçirəcəyik. 1-2 aydan sonra son nəticələri təqdim edəcəyik".
12:30 - Azərbaycanda Konstitusiyada dəyişikliklər üzrə ümumxalq səsverməsi (referendum) ilə bağlı ölkə üzrə saat 12:00-a olan seçici fəallığı açıqlanıb.
APA-nın məlumatına görə, Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov keçirdiyi mətbuat konfransında bildirib ki, saat 12:00-a qədər 5 267 111 seçicidən 1 613 879 nəfər səs verib. Qeyd olunan vaxta qədər seçici fəallığı 30,6% təşkil edib.
11:58 - Bakıda Nərimanov rayonunda 18 saylı dairənin 27-ci məntəqəsində topa bülleten adam şəxs müşahidə kamerasında.
[embed]https://www.youtube.com/watch?v=eOLF4KtcR4c&feature=youtu.be[/embed]
11:39 - Bəşir Süleymanlı: "12 faiz seçicinin iştirakı mümkün deyil"
"MSK-nın saat 10-dək seçicilərin 12 faizinin səsvermədə iştirakı haqda dedikləri həqiqətəuyğun deyil. Bu, şişirdilmiş rəqəmlərdir". Seçki mütəxəssisi Bəşir Süleymanlı AzadlıqRadiosuna açıqlamasında belə deyib.
Ekspertin sözlərinə görə, MSK-nın açıqladığı ilkin rəqəmlər real iştirak faizini əks etdirmir.
"Ölkədə 5 milyondan artıq seçici var. Beş milyonun 12 faizi kiçik rəqəm deyil. Amma səhərdən şəhərdə müşahidə aparıram. Mən şəhərdəki səsvermə məntəqələri ətrafında kütləvilik görmürəm. Siyasi azadlıqların məhdudlaşdırıldığı bir vaxtda referendumla bağlı geniş təbliğat aparılmadan, az qala, gizli şəkildə keçirilən bir səsvermədə 12 faiz seçicinin iştirakı mümkün deyir", – söyləyir Bəşir Süleymanlı.
O, həmin rəqəmlərin əvvəlcədən hazırlanaraq saatbaşı açıqlandığını iddia edir.
10:00 - İlham Əliyev səs verdi
Sentyabrın 26-sı Azərbaycan prezidenti və ailəsi referendumda iştirak edib.
AZƏRTAC xəbər verir ki, prezident İlham Əliyev xanımı Mehriban Əliyeva və ailə üzvləri ilə birlikdə Bakı şəhərinin 29 saylı Səbail Seçki Dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 6 saylı seçki məntəqəsində olublar. Prezident və ailə üzvləri həmin məntəqədə səsvermədə iştirak ediblər.
[video width="640" height="360" mp4="http://abzas.net/wp-content/uploads/2016/09/59ca72f4-9b8a-4599-81d6-9eba9091ef3f.mp4"][/video]
08:26 - AŞPA-nın qiymətləndirmə missiyası səsvermə prosesinin müşahidəsinə başlayıb.
7 nəfərlik missiya üzvləri ayrı-ayrılıqda müşahidəyə başlayıblar.
İlk olaraq AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak 29 saylı Səbail rayon seçki dairəsinin 4 saylı seçki məntəqəsinə baş çəkib. O səsvermə prosesini izləyib.
08:21 - Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov seçicilərə, o cümlədən sosial şəbəkə istifadəçilərinə müraciət edib.
APA-nın məlumatına görə, M. Pənahov Konstitusiyada dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsinin (referendum) açıq elan etməsi münasibəti ilə keçirdiyi mətbuat konfransında sosial şəbəkə istifadəçilərini fəal olmağa çağırıb.
O onları hər hansı qanun pozuntusu ilə rastlaşdıqları halda, MSK-ya müraciət etməyə çağırıb: “Referendumun yüksək səviyyədə həyata keçirilməsi üçün dairə və məntəqə seçki komissiyaları öz vəzifələrini layiqincə yerinə yetirəcək. Bütün arzu edilən və mümkün olan variantlardan istifadə olunub ki, həm seçicilər, həm də müşahidəçilər bu referendumun necə şəffaf keçirilməsinin şahidi olsunlar”.
08:00 - Bu gün, sentyabrın 26-sı səhər saat 8:00-da Azərbaycanda ümumxalq səsverməsi-referendum başlayıb.
Mərkəzi Seçki Komissiyasının (MSK) 2016-cı il mayın 26-na olan məlumata görə, ölkədə 5 milyon 127 min 111 nəfər səsvermə hüququna malik şəxs var. Bu səsvermə hüququna malik vətəndaşların 48.35 faizini kişilər, 51.65 faizini qadınlar təşkil edir.
Referendum 5 min 627 seçki məntəqəsində keçirilir. Səsvermə axşam saat 19:00-da başa çatmalıdır.