"Çalışacağıq ki, sərfəli nəticə ilə qayıdaq"

"Çalışacağıq ki, sərfəli nəticə ilə qayıdaq"
29 Sentyabr 2016
Mətni dəyiş
“Tarixi olan bir komandaya qarşı oynayacağıq. “Fiorentina” güclü komandadır, futbolçuların hər biri yüksək ustalıq keyfiyyətlərinə malikdir, komanda olaraq da çox təcrübəlidir".
Bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsində "Fiorentina" ilə oyun öncəsi keçirilən mətbuat konfransında deyib.
O, yaxşı nəticə qazanmaq üçün mübarizə aparacaqlarını bildirib:
"Rəqibin heyətində Kaliniç, İliçiç, Valero və bir neçə təhlükəli futbolçular var. Çalışacağıq ki, sərfəli nəticə ilə qayıdaq”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun