Bu il İranla Azərbaycan arasında ticarət dövriyyəsi 70% artıb

Bu il İranla Azərbaycan arasında ticarət dövriyyəsi 70% artıb
7 Sentyabr 2016
Mətni dəyiş
Bu ilin ilk yarısında İranla Azərbaycan arasında idxal-ixrac əməliyyatlarının həcmi 70% artıb.
Bu barədə jurnalistlərə açıqlaması zamanı İran səfirliyinin ticarət attaşesi Məhəmməd İbrahim Nağızadə məlumat verib.
"Ötən il ərzində İrandan Azərbaycana 272 mln. dollarlıq mal ixrac edilib. Bu il Azərbaycanın İrana ixracının isə iki dəfə artaraq 30 mln. dollara çatacağı gözlənilir", - deyə İran rəsmisi qeyd edib.
M.İ.Nağızadənin sözlərinə görə, ilin sonuna qədər bu rəqəmin daha da artacağı gözlənilir: "Bakıda İran şirkətlərinin sərgisi keçiriləcək. Sərgi sahəsi 2 000 kv. metrlik ərazini əhatə edəcək və 50-dən çox şirkət burada öz potensialını nümayiş etdirəcək".
"Həmçinin, İran-Azərbaycan biznes-forumu keçiriləcək. Forumda 150-dən artıq iş adamının iştirak etməsi gözlənilir. Bu məqsədlə "Azpromo" ilə əməkdaşlıq edirik. Azərbaycan tərəfindən biznes-forumda 300 şirkət iştirak etməyə razılıq verib", - deyə ticarət attaşesi bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun