Beyni elektromaqnetik dalğalarla stimullaşdırmaq depressiyanı aradan qaldırır - video

Beyni elektromaqnetik dalğalarla stimullaşdırmaq depressiyanı aradan qaldırır - video
25 Sentyabr 2016
Mətni dəyiş
Dünyada təxminən 120 miliyon insan depressiyadan əziyyət çəkir. Depressiya insanların əhvalını zəiflədərək, həyatlarının keyfiyyətinə ciddi təsir göstərir. Ən pis hallarda depressiya sui-qəsdlə nəticələnir. Bunun simptomları çoxdur və səbəbləri hələ ki, bilinmir. Anti-depressantların olmasına baxmayaraq, bəzi pasientlərə bu da təsir etmir. Onlar üçün həkimlərin məsləhəti fərqlidir - elektromaqnetik dalğalarla beyni müntəzəm şəkildə stimullaşdırmaq.
Dörd həftə dərin transkranial maqnit stimullaşdırmadan sonra Vayn Sarles özünü fərqli hiss edir.
Vayn Sarles: “Mən bu müalicəyə başlamazdan əvvəl məndə dərin depressiya var idi. İndi özümü rahatlamış hiss edirəm.”
Dəbilqənin içərisindəki spiral elektromaqnit enerji buraxaraq beyindəki pozğunluğa səbəb olan hissəni stimullaşdırır. İlkin nəticə beş gün içərisində hiss edilir və xəstələr özlərini yaxşı hiss etməyə başlayır.
Vaqdi Attia: “Onlar 3-4 gündən sonra yaxşı hiss etdiklərini deyirlər. Yaxşı yatır, enerjiləri çoxalır. Həyat yoldaşlarıyla əlaqələrinin yaxşılaşdığını deyirlər.”
Beynin elektromaqnit stimullaşdırılması 1984-cü ildən mövcuddur. Lakin müasir spirallar enerjini beynin xüsusi hissəsinə cəmləşməsinə yol verir. Müalicə 20 dəqiqəlik sessiya ilə həftədə 2-3 dəfə aparılır. Yan təsirləri isə orta dərəcədə baş ağrıları olur.
Cihazı istehsal edən şirkət deyir ki, müalicənin nə qədər uzun sürəcəyini demək çətindir.
DR. Aron Tendler: “Biz bilirik ki, əgər həmin şəxs sağalsa və bəzi müalicələri davam etdirsə, üç ay həftədə iki gün olmaq şərtilə daha da yaxşılaşacaqlar.”
Avropada bu metoddan sadəcə depressiya üçün deyil, dementia, Alzaymer və Parkinson xəstəlikləri və hətta siqaretin atmaq üçün də üçün də istifadə edilir.
ABŞ Federal Ərzaq və Dərman Administrasiyası bu müalicə metoduna icazə verib.
Buna baxmayaraq kliniki təcrübələr obsesiv-kompulsiv və post-travmatik stress kimi fərqli əlamətlərə işarə edir.
[video width="800" height="500" mp4="http://abzas.net/wp-content/uploads/2016/09/cc4aecea-a8fe-4388-bf84-0b9351cfa84a_mobile.mp4"][/video]  

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun