Bakı-Tbilisi-Ceyhan kəməri ilə Azərbaycan neftinin nəqli artıb

Bakı-Tbilisi-Ceyhan kəməri ilə Azərbaycan neftinin nəqli artıb
7 Sentyabr 2016
Mətni dəyiş
Bu ilin avqust ayı ərzində Bakı-Tbilis-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 497 967 ton Azərbaycan nefti nəql olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8,7% çoxdur. 
SOCAR-dan verdilən məlumata görə, bu ilin yanvar-avqust aylarında BTC kəməri ilə 19 987 531 ton neft ötürülüb. Bu isə illik müqayisədə 4,3% artım deməkdir.
Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2016-cı il sentyabrın 1-ə qədər BTC-yə 312 662 920 ton neft vurulub.
Bundan başqa, 2016-cı ilin avqust ayında BTC kəməri ilə 346 020 ton Türkmənistan nefti nəql olunub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun