Bağlanan 9 bankın əmanətçilərinə 252 mln. manat kompensasiya ödənilib

Bağlanan 9 bankın əmanətçilərinə 252 mln. manat kompensasiya ödənilib
10 Sentyabr 2016
Mətni dəyiş
Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) bu il lisenziyası ləğv edilmiş 9 kommersiya bankının qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir.
Fonddan verilən məlumata görə, indiyə qədər bu bankların əmanətçilərinə ümumilikdə 252,079 mln. manat ödənilib.
Belə ki, “Parabank” ASC-nin qorunan əmanətçiləri 30,198 mln. manat, “Zaminbank” ASC-nin qorunan əmanətçiləri 43,906 mln. manat, “Kredobank” ASC-nin qorunan əmanətçiləri 16,800 mln. manat, “Dekabank” ASC-nin qorunan əmanətçiləri 2,763 mln. manat, “Atrabank” ASC-nin qorunan əmanətçiləri 12,146 mln. manat, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçiləri 1,527 mln manat, “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçiləri 24,091 mln. manat, “Gəncəbank” ASC-nin qorunan əmanətçiləri 926 min manat, “Texnikabank” ASC-nin qorunan əmanətçiləri isə 119,723 mln. manat kompensasiya alıblar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun