Azərbaycanda bəzi banklar nağd dollar satışında limiti ləğv edib

Azərbaycanda bəzi banklar nağd dollar satışında limiti ləğv edib
8 Sentyabr 2016
Mətni dəyiş
Azərbaycanda fəaliyyət göstərən bəzi kommersiya bankları nağd ABŞ dollarını limitsiz satmağa başlayıb.
Söhbət "Bank Respublika" və "Azər-Türk Bank" ASC-lərdən gedir.
Bu banklardan bildirilib ki, müştərilər kassaya yaxınlaşmaqla istədikləri qədər nağd dollar ala bilərlər.
"Atabank"dan da limitsiz dollar almaq mümkündür. Lakin bunun üçün ilk növbədə bankın "Qaynar xətti" ilə əlaqə saxlamaq və kassada dolların olduğu filiala getmək lazımdır.
Bəzi banklar isə dolların limitini artırıb. Məsələn, "Azərbaycan Sənaye Bankı"nda hazırda müştərilərə 500 dolları keçməmək şərti ilə nağd valyuta satılır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun