Azərbaycan ÜTT-yə şərt qoyur - 2 mlrd dollar

Azərbaycan ÜTT-yə şərt qoyur - 2 mlrd dollar
1 Sentyabr 2016
Mətni dəyiş
Azərbaycan XİN xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevin ÜTT-dən 1 mlrd. dollar istəmək haqqında gözlənilməz bəyanatının mahiyyətini izah etməyi qərara alıb.
Bu qəribə bəyanat bir neçə gün əvvəl səslənib və bir çox suallar doğurub.
Cümə axşamı XİN-in mətbuat katibi Hikmət Hacıyev açıqlama verib və bildirib ki, Bakı aqrar-sənaye kompleksinin subsidiyalaşdırılması üçün ÜTT-dən hər il 2 mlrd. dollar almaq hüququ əldə etmək niyyətindədir.
Hazırda ÜTT-ə daxil olmaq çərçivəsində bu məsələ ilə bağlı danışıqlar aparılır.
Hacıyevin sözlərinə görə, Azərbaycan ÜTT-ə daxil olduqdan sonra aqrar sektor üçün 1 mlrd. dollar və Ermənistanın işğal etdiyi ərazilərin Azərbaycanın yurisdiksiyasına qaytarılmasından sonra daha 1 mlrd. dollar almaq istəyir.
Xatırladaq ki, Azərbaycanın ÜTT-ə daxil olması haqqında danışıqlar 1997-ci ildən aparılır və hiss olunan nəticələr verməyib.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun