Azərbaycan neftinin Ceyhan limanından ixracı artıb

Azərbaycan neftinin Ceyhan limanından ixracı artıb
7 Sentyabr 2016
Mətni dəyiş
Bu ilin avqust ayı ərzində 2 474 405 ton Azərbaycan nefti Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) dünya bazarına çıxarılıb ki, bu da illik müqayisədə 12,2% çoxdur.
SOCAR-dan verilən məlumata görə, avqustda Ceyhan limanından dünya bazarına çıxarılan neftin 1 273 708 tonunu Azərbaycan Dövlət Neft Fondunun nefti təşkil edib.
Cari ilin yanvar-avqust aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 20 103 252 ton təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,4% çoxdur.
Ümumiyyətlə, BTC kəməri istismara verilən gündən 2016-cı il sentyabrın 1-ə qədər Ceyhan limanından 311 297 024 ton Azərbaycan nefti dünya bazarına yola salınıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun