Azərbaycan Gürcüstanla birgə planşet istehsal etmək niyyətindədir

Azərbaycan Gürcüstanla birgə planşet istehsal etmək niyyətindədir
19 Sentyabr 2016
Mətni dəyiş
Gürcüstanın Rustavi şəhərində fəaliyyət göstərən "AG Microelectronics" istehsal etdiyi məhsulların çeşidini genişləndirir.
Şirkətin baş direktoru Mixail Qlonti bildirib ki, 2017-ci ilin ikinci yarısında müəssisədə "Android" əməliyyat sistemi üzərində qurulmuş planşetlər istehsal olunacaq: "Hazırda biz bu layihənin üzərində işləyirik. Bu, bir qədər vaxt aparan layihədir. Böyük ehtimalla, gələn ilin ikinci yarısında artıq ilk məhsul istehsal olunacaq".
Qeyd edək ki, "AG Microelectronics" şirkətinin əsasını Azərbaycan-Gürcüstan birgə müəssisəsi olan "AG Telekom" qoyub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun