28 Sentyabr 2016
Mətni dəyiş
Sentyabrın 27-də AXCP Rəyasət Heyətinin üzvü Emil Səlimov və Gənclər Komitəsinin fəalı Orxan Səlimzadə saxlanılıb.
AXCP-dən verilən xəbərə görə, E.Səlimov və O.Səlimzadəni əvvəlcə Nəsimi rayon Polis İdarəsinə aparıblar və bir neçə saat orada saxlayıblar. Daha sonra onların Bakı Şəhər Baş Polis İdarəsinə aparıldıqları bildirilirdi.
Hər iki şəxs sentyabrın 27-si gecə saatlarında sərbəst buraxılıb.
Polisdən E.Səlimov və O.Səlimzadənin saxlanmasının səbəbini öyrənmək mümkün olmayıb.
Milli Şuranın sentyabrın 17-də keçirilən aksiyasından əvvəl və sonra 40-dan çox AXCP fəalının saxlandığı bildirilirdi. Onlardan bəziləri inzibati həbs cəzaları da alıblar.