22 Sentyabr 2016
Mətni dəyiş
Avropa Şurası Parlament Assambleyası (AŞPA) sentyabrın 26-da Azərbaycanda keçiriləcək referendumu izləməyə qiymətləndirmə missiyası göndərəcək.
Hökumətin dəvəti ilə baş tutacaq missiyaya makedoniyalı Aleksandr Nikoloski rəhbərlik edəcək.
Nümayəndə heyətinə italiyalı Andrea Rigoni, bolqarıstanlı Yanaki Stoylov, ispaniyalı Antonio Gutierrez, polşalı Dominik Tarçinski və Azərbaycan üzrə məruzəçilər Stefan Şennakla (Avstriya) Sezar Florin Preda (Rumıniya) daxildir.
Missiya üzvləri Azərbaycan prezidenti İlham Əliyev, parlamentin spikeri Oqtay Əsədov, Mərkəzi Seçki Komissiyasının rəhbəri Məzahir Pənahov, Azərbaycanın AŞPA-da nümayəndə heyəti, vətəndaş cəmiyyəti və media təmsilçiləri ilə görüşəcəklər.
AŞPA nümayəndələrinin səsvermə günü məntəqələrə baş çəkməsi nəzərdə tutulur.
Səsvermə ilə bağlı ilkin nəticələr sentyabrın 27-də saat 11.30-da keçiriləcək mətbuat konfransında açıqlanacaq.