AŞPA-nın həmməruzəçisi İlqar Məmmədovla görüşə buraxılmayıb

AŞPA-nın həmməruzəçisi İlqar Məmmədovla görüşə buraxılmayıb
27 Sentyabr 2016
Mətni dəyiş
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçisi Stefan Schennach Real Hərəkatinin həbsdə olan rəhbəri İlqar Məmmədovla görüşə buraxılmayıb.
Bu barədə həmməruzəçi özünün twitter mikrobloqunda yazıb.
Stefan Şennak sentyabrın 26-da Azərbaycanda keçirilən referendumda müşahidə aramasından bəhs edib.
“Ancaq İlqar Məmmədovla qısa görüşmə mümkün olmadı”, həmməruzəçi yazıb.
Ədliyyə Nazirliyinin Penitensiar Xidməti həmməruzəçinin REAL Hərəkatının rəhbəri ilə görüşə bilməməsini şərh etməyib.
Stefan Şennak Avropa Şurası Parlament Assambleyasının referendumu qiymətləndirmə missiyası daxilində Azərbaycana gəlmişdi. O, nümayəndə heyəti ilə birgə ölkə başçısı, parlamentin spikeri, Mərkəzi Seçki Komissiyasının rəhbərliyi, Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti, vətəndaş cəmiyyəti və media təmsilçiləri ilə görüşmüşdü.
İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilib.
2015-ci ilin əvvəlində Avropa İnsan Hüquqları Məhkəməsi İ.Məmmədovun azadlığa buraxılması barədə qərar çıxarıb. Avropa Şurasının Nazirlər Komitəsi dəfələrlə Azərbaycan hökumətini Strasburq məhkəməsinin qərarını yerinə yetirməyə çağırıb.
Avropa İnsan Hüquqları Məhkəməsinin qərarından sonra onun işinə Şəki Apellyasiya Məhkəməsində təkrar baxılıb. Məhkəmə bu il aprelin 29-da siyasətçi barəsində hökmü qüvvədə saxlayıb.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun