Amazon təsisçisi kosmik raket hazırladıqlarını elan edib

Amazon təsisçisi kosmik raket hazırladıqlarını elan edib
13 Sentyabr 2016
Mətni dəyiş
Forbesin reytinqinə görə dünyanın ən varlı dördüncü insanı olan, Amazon təsisçisi Jeff Bezos ağır daşıyıcı kosmik raketin hazırlanmağa başladığını elan edib. Bezosa məxsus Blue Origin şirkətinin yeni layihəsi olan New Glenn öz ölçüləri ilə bütün müasir daşıyıcıları keçir.
Orbitə kosmik yüklərin çatdırılması məqsədilə hazırlandığı qeyd olunan kosmik raketin hazırlıq və sınaq müddətinin bu onilliyin sonuna olacağı qeyd olunub. "Bizim məqsədimiz kosmosda yaşayan və işləyən milyonlarla insanlardır və New Glenn bu yolda əsas addımlardandır", - deyib Bezos.
Bezoca Blue Origin, ilkin mərhələdə raketə quraşdırılacaq yeddi kriogen komponentli BE-4 mühərriyin, РД-180 sovet mühərriklərinin ən yaxşı alternativi adlandırıb.
Daşıyıcı raket iki və üçaddımlı variantlarda hazırlanır. Onlar müvafiq olaraq, 82 m və 95 m-dirlər.
Hələlik Blue Originə məxsus yeganə uğurlu kosmik layihə, 100 km yüksəkliyə qalxan suborbital turistik New Shepard kosmik raketidir.
Qeyd edək ki, sentyabrın 1-də rəqib şirkət olan SpaceX-ə məxsus Falcon 9 raketi stratda partlamışdı. Qəza, Falcon 9-un əlavə iki mühərriklə təchiz olunmuş daha ağır versiyasının kosmosa göndəriləsini təxirə sala bilər.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun