"2017-ci ilin sonuna qədər neft bazarının tarazlaşacağını gözləmirik"

"2017-ci ilin sonuna qədər neft bazarının tarazlaşacağını gözləmirik"
28 Sentyabr 2016
Mətni dəyiş
Beynəlxalq Enerji Agentliyinin (UEA) İcraçı direktoru Fatih Birol, mühüm neft istehsalçıları arasında keçiriləcək görüş öncəsi, 2017-ci ilin sonuna qədər qlobal neft hasilatının tələbdən çox olacağını bildirib.
“Marja” xəbər verir ki, Birol, Əlcəzairdə “Bloomberg Television”a verdiyi müsahibədə “2017-ci ilin sonuna qədər neft bazarının yenidən tarazlaşacağını proqnozlaşdırmırıq” deyib.
Qurum 13 sentyabrda etdiyi açıqlamasında tələbin neft hasilatını 2017-ci ilin ilk yarısına doğru keçəcəyi təxmin edilmişdi. Birol, neft tələbindəki artımın gözləniləndən daha zəif olduğunu ifadə edib.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun