Ümumi daxili məhsul 3 faiz azalıb

Ümumi daxili məhsul 3 faiz azalıb
16 Avqust 2016
Mətni dəyiş
İlin ilk yeddi ayı ərzində Azərbaycanda ümumi daxili məhsul 32 mlrd. 122,6 mln. manat təşkil edib ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 3% azdır. Bu, tikinti kompleksində istehsalın həcminin 30,7% azalması ilə əlaqədardır.
Bu barədə məlumatı Dövlət Statistika Komitəsi verib.
Neft sektorunun payına ÜDM-in 64,8%-i düşür. Qeyri-neft sektorunda ÜDM istehsalı 5,4% azalıb.
Bu il adambaşına düşən ÜDM 3340,6 manat təşkil edir ki, bu da ötən ilin uyğun dövrü ilə müqayisədə 4,1% azdır.
Adambaşına ÜDM istehsalı dollar ilə $2155,2 təşkil edib. Bu 2014-cü ilin yanvar-iyul aylarında olduğundan iki dəfə azdır.
2015-ci ilin fevralında milli valyutanın devalvasiyası baş verib. Dekabrda ikinci devalvasiya olub. Nəticədə manat ABŞ dolları ilə müqayisədə 2 dəfə dəyərdən düşüb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun