30 Avqust 2016
Mətni dəyiş
Türkiyədə "Fetullahçı Terror Təşkilatı"na (FETÖ) aid olan media qurumlarına qarşı yeni istintaq prosesi başladılıb. Günün ilk saatlarında prokurorluğun qərarı ilə şübhəli bilinən 35 şəxsin həbsinə qərar verilib.
Daha sonra İstanbul Prokurorluğunun Terror və Mütəşəkkil Cinayətkarlıq Bürosu tərəfindən aparılan istintaq çərçivəsində 35 jurnalistin ünvanında axtarış həyata keçirilib. Şübhəlilərdən 18-inin xaricdə olduğu öyrənilib, 9 nəfər həbs edilib, 8 nəfərin həbsi üçün axtarış elan edilib.
Şübhəlilərin həm mətbuat orqanlarında, həm də sosial şəbəkələrdə FETÖ lehinə təbliğat apardıqları, təşkilatın maraqları istiqamətində cəmiyyətin fikrini digər tərəflərə yönləndirməyə cürət etdikləri bildirilir.
Qeyd edək ki, həbs edilənlər və axtarışda olanların arasında bir çox məşhur yazar da var. Xüsusilə Hürriyet qəzetinin (hurriyet.com.tr) redaktoru Dinçer Gökçenin həbsi kifayət qədər diqqət cəlb edib.