Təhsil nazirliyi, universitətlər nə üçündür? - Kamran İsmayılzadə

Təhsil nazirliyi, universitətlər nə üçündür? - Kamran İsmayılzadə
31 Avqust 2016
Mətni dəyiş
Kamran İsmayılzadə
Obamanın çıxışına baxırdım, gözəl bir söz söylədi. Bəzi prezidentlər postunda qalmaq üçün belə bir ifadə işlədirlər - "Məndən başqa bu ölkəni kimsə idarə edə bilməz ".
Bu söz onun göstəricisidir ki, prezident olduğu dövürdə heç bir iş görməyib. Necə də doğma səslənir bu söz. Hər birimiz bu sözü dəfələrlə eşitmişik, "Bunlar yeyib doyublar", "İlham getsə, yerinə kim gələcək", "Azərbaycanda alternativ lider yoxdu".
Bəli, tutaq ki, biz sizlə razılaşdıq, "bunlar doyublar", "yerinə kimsə gələ bilməz", "alternativ lider yoxdu". Xalq əslində doğrunu söyləyir, necə də yarıtmaz bir hakimiyyətin əlində ölkənin məhv olduğunu başa düşürlər. Əgər doyublarsa, deməli illərdir bu rejim xalqın malını talayır, sovurur, məhv edir. Məhv etməklə qalmayıb, öz taylarını yetişdiriblər.
İyirmi altı ildə yetişdirdikləri insanlar xalq malını talayan, millətini sevməyən şəxslərdi. Kim gələcək? Lider yoxdu? Necə də acınacaqlıdır, hakimiyyət 26 ildə bir insan yetişdirə bilməyib ki, ölkəni idarə eləsin. Bəs təhsil nazirliyi, bu qədər universitət nə üçündür?
Bunlar bu illər ərzində nə iş görüb, nəyə xidmət edir? Əgər rejim bir insan yetişdirə bilmirsə hansı analoqu olmayan inkişafdan, təhsil göstəricisindən danışır? Siyasətçi yetişdirmək üçün nəzərdə tutulan universitetlər nəyə xidmət edir? Niyə o universitetləri bitirənlərə diplom verilir? Müəllimlər niyə dərsə gedir? Niyə onlara əmək haqqı ayrılır?
Allah eləməsin, müharibə oldu, virus yayıldı, təbii faciə baş verdi, ölkəyə bomba düşdü. Ölkə prezidentinə, baş nazirə nəsə oldu, onda bizi kim idarə edəcək? Niyə bir lider yetişdirməyib təhsil nazirliyi? Bizim sonumuz necə olacaq?
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Abzas.net-in mövqeyi ilə üst-üstə düşməyə bilər.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun