“Silk Way” daha bir “Boeing 747-8F” alıb

“Silk Way” daha bir “Boeing 747-8F” alıb
29 Avqust 2016
Mətni dəyiş
Azərbaycanın yük aviadaşıyıcısı “Silk Way Airlines” şirkəti daha bir yeni “Boeing 747-8F” təyyarəsi alıb.
“Silk Way Airlines” şirkətinin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, bu aviaşirkət tərəfindən istismar olunacaq artıq səkkizinci “Boeing” tipli və dördüncü “Boeing 747-8F” təyyarəsidir. Yeni təyyarənin tədarükü aviaşirkətə ABŞ-a yeni istiqamətlər də daxil olmaqla, uçuş coğrafiyasını daha da genişləndirməyə imkan verəcək.
Azərbaycanın paytaxtından Milan, Lüksemburq, Frankfurt, İstanbul, Dubay, Seul, Honkonq və Şanxaya mövcud birbaşa müntəzəm reyslərlə yanaşı, Çikaqo və Dəkkəyə yeni reyslərin açılması planlaşdırılır.
Yükdaşıma bazarında özünü çox yaxşı sübut etmiş yeni geniş füzelyajlı uzaq magistrallı “Boeing 747-8F” təyyarələrinin alınması bu strategiyanın həyata keçirilməsinin mühüm bir hissəsidir.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun