Səudiyyə Ərəbistanı Krallığı birjasını xarici investorlara açıb

Səudiyyə Ərəbistanı Krallığı birjasını xarici investorlara açıb
20 Avqust 2016
Mətni dəyiş
Yanvar ayından etibarən Körfəzin ən böyük birjasına sahib olan Səudiyyə Ərəbistanı Krallığında xarici investorların birjada səhm alışında iştirakına icazə verilib.
Bu barədə ölkənin Sərmayə Bazarı Təşkilatı məlumat yayıb.
Məlumatda bildirilir ki, 2017-ci il yanvarın 1-də tətbiq olunacaq yeni qaydalar xarici investorlar üçün səhm alışında iştiraka sərbəstlik verəcək.
Qeyd edək ki, 2017-ci ildə Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco”nun səhmlərinin 5 faizdən az hissəsinin satışa çıxarılması nəzərdə tutulur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun