"Qarabağ" və "Qəbələ"nin rəqibləri məlum oldu

"Qarabağ" və "Qəbələ"nin rəqibləri məlum oldu
26 Avqust 2016
Mətni dəyiş
UEFA Avropa Liqasında qrup mərhələsinin püşkü atılıb. Belə ki, Monacoda keçirilən tədbirdə iki Azərbaycan klubunun rəqibləri müəyyənləşib.
Ardıcıl üçüncü dəfə qrup mərhələsində iştirak edəcək Ağdamın "Qarabağ" klubu J qrupunda mübarizə aparacaq. "Ağ-qara"lar "Fiorentina", "PAOK" və "Slovan Liberec" ilə qüvvəsini sınayacaq.
Təmsilçimiz “Qəbələ” isə ikinci dəfə mübarizə aparacağı qrup mərhələsində "R.S.C. Anderlecht", "FSV Mainz" və "Saint Etienne" komandaları ilə qarşılaşacaq. Roman Qriqorçukun yetirmələri C qrupunda qərarlaşıb.
Qrup mərhələsinin oyunları 15 sentyabr, 29 sentyabr, 20 oktyabr, 3 noyabr, 24 noyabr və 8 dekabr tarixlərində keçiriləcək. Hər qrupda ilk iki yeri tutan komandalar 1/16 finala yüksələcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun