“Qarabağ” tarixi matça çıxır

“Qarabağ” tarixi matça çıxır
2 Avqust 2016
Mətni dəyiş
Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunları başlayacaq. Günün ilk matçı paytaxt Bakıda baş tutacaq.
Son illərin dəyişilməz Azərbaycan çempionu “Qarabağ” Çexiya təmsilçisi “Viktoriya”nı qonaq edəcək.
Xatırladaq ki, Plzen şəhərində keçirilən ilk görüşdə 0-0 hesablı heç-heçə qeydə alınıb. Bu hesab isə ağ-qaraların növbəti tura çıxması üçün böyük kömək edə bilər.
Qurban Qurbanovun yetirmələri “Viktoriya Plzen” səddini aşarsa, Azərbaycan futbol tarixində bir ilki gerçəkləşdirəcək.
Qeyd edək ki, bu günə kimi heç bir təmsilçimiz Çempionlar Liqasında III təsnifat mərhələsini keçə bilməyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun