"Qarabağ" - "Göteborg" matçının biletləri bu gün satışa çıxır

"Qarabağ" - "Göteborg" matçının biletləri bu gün satışa çıxır
22 Avqust 2016
Mətni dəyiş
Avropa Liqasının "play-off" mərhələsi çərçivəsində baş tutacaq "Qarabağ" - "Göteborg" cavab matçının biletləri bu gün satışa çıxır.
Biletlər saat 11:00-dan etibarən satışa çıxarılacaq.
Azarkeşlər biletləri oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionun kassalarından əldə edə bilər.
Biletlərin qiyməti nömrəli sektorlara görə 1-5 AZN arası dəyişir, VİP sektoruna isə 30 AZN-dir.
1-5 və 24-28 nömrəli sektorlar - 1 AZN
6-10 və 19-23 nömrəli sektorlar - 2 AZN
11-18 nömrəli sektorlar - 5AZN
VİP - 30 AZN
Xatırladaq ki, "Qarabağ" - "Göteborg" matçı avqustun 25-i saat 20:30-da başlayacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun