"Qarabağ" ardıcıl üçüncü dəfə Avroliqanın qrup mərhələsinə yüksəlib - VİDEO

"Qarabağ" ardıcıl üçüncü dəfə Avroliqanın qrup mərhələsinə yüksəlib - VİDEO
26 Avqust 2016
Mətni dəyiş
Bu gün Avropa Liqasında play-off mərhələsinin cavab oyunları keçirilir.
Cavab oyunları baş tutduqdan sonra bu mərhələyə yekun vurulacaq və sabah Monaco şəhərində qrupların müəyyənləşməsi üçün püşkatma mərasimi keçiriləcək.
Ölkəmizi bu turnirdə təmsil edən “Qarabağ” komandası Tofiq Bəhramov adına Respublika stadionunda “Göteborg”u qəbul edib.
Səfərdə keçirilən ilk matçda rəqibinə 0:1 hesabı ilə uduzan Qurban Qurbanovun yetirmələri Bakıdakı oyunda rəqibini darmadağın etməyi bacarıb. Əvvəlcə komandanın kapitanı ardınca isə Muarem Muarem və Dani Quintana fərqləniblər.
Ümumilikdə 3-0 hesablı qələbə qazanan Ağdam təmsilçisi ardıcıl 3-cü dəfə Avropa Liqasının qrup mərhələsində çıxış edəcək.
"Qarabağ" 3-0 "Göteborg"
Qol: Rəşad Sadıqov, 19, Muarem Muarem, 24, Dani Kintana, 50

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun