Prosineçki millimizin heyətini açıqlayıb

Prosineçki millimizin heyətini açıqlayıb
23 Avqust 2016
Mətni dəyiş
DÇ-2018-in seçmə mərhələsində sentyabrın 4-də səfərdə San Marino yığması ilə üz-üzə gələcək millimizin heyəti açıqlanıb.
Baş məşqçi Robert Prosineçki 25 futbolçuya dəvət göndərib.
Heyətdə üç yeni futbolçu yer alacaq. Emin Mahmudov, Ramil Şeydayev və Mahir Mədətov ilk dəfə millinin formasını geymək şansı qazanıb.
Qapıçılar: Kamran Ağayev (“Sumqayıt”), Anar Nəzirov (“Zirə”), Səlahət Ağayev (“İnter”) Müdafiəçilər: Maksim Medvedev, Bədavi Hüseynov, Rəşad Sadıqov, Arif Daşdəmirov (hamısı “Qarabağ”), Tərlan Quliyev, Ruslan Abışov (hər ikisi “İnter”), Mahəmməd Mirzəbəyov (“Qəbələ”), Pavel Paşayev (“Stal”, Ukrayna) Yarımmüdafiəçilər: Rahid Əmirquliyev, Qara Qarayev, Əfran İsmayılov (hamısı “Qarabağ”), Rəhman Hacıyev, Araz Abdullayev (hər ikisi “Neftçi”), Elvin Məmmədov (“Zirə”), Emin Mahmudov (“Boavista”, Portuqaliya), Dmitri Nazarov (“Aue”, Almaniya), Eddi İsrafilov (“Cadiz”, İspaniya) Hücumçular: Namiq Ələsgərov, Mahir Mədətov (hər ikisi “Qarabağ”), Ağabala Ramazanov (“İnter”), Ruslan Qurbanov (“Neftçi”), Ramil Şeydayev (“Trabzonspor”, Türkiyə)

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun