1 Avqust 2016
Mətni dəyiş
“Microsoft” korporasiyasının direktoru Satya Nadella şirkətdə yeni ixtisarların olacağı xəbərini ictimaiyyətlə bölüşüb. İxtisar xəbərləri ilə məşhurlaşan Nadella açıqlaması zamanı qeyd edib ki, 2017-ci ildə 2850 nəfər işdən azad ediləcək. Direktorun sözlərinə görə Windows 10’un kifayət qədər marağa səbəb olmaması və mobil cihaz departamentində yaşanan problemlər ixtisarların əsas səbəbidir.
Xarici mətbuatda yayılan xəbərlərə görə isə əsasən smartfonların istehsalı və satışı ilə məşğul olanların işdən azad edilməsi əbəs yerə deyil. Belə ki, 9 milyard 400 milyon dollara əldə edilən "Nokia"nın telefon biznesinin alışından yaranan itkiləri azaltmaq üçün bu cür ixtisarlar həyata keçirilir.
Xatırladaq ki, bu il ərzində "Microsoft" şirkətində 1850 nəfərin işinə son verillib.