Mərkəzi Bank depozit hərracı zamanı 30 mln. manat cəlb edib

Mərkəzi Bank depozit hərracı zamanı 30 mln. manat cəlb edib
22 Avqust 2016
Mətni dəyiş
Mərkəzi Bank (AMB) vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələrini açıqlayıb.
Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, avqustun 22-də Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 30 mln. manat olub.
Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 9,49 % təşkil edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun