Kipr klubu "Qarabağ"ın təklifini qəbul edib

Kipr klubu "Qarabağ"ın təklifini qəbul edib
11 Avqust 2016
Mətni dəyiş
Kipr liqasında çıxış edən "Anortosis" klubunun hücumçusu Dino Ndlovunun “Qarabağ”a transfer olacağı dəqiqləşib.
Yaxın bir neçə gün ərzində 26 yaşlı futbolçu Bakıya gələcək. Onunla iki illik müqavilə imzalanacağı gözlənilir.
Ağdam təmsilçisinin afrikalı futbolçu üçün təxminən 350 min avro ödəyəcəyi bildirilir.
Xatırladaq  ki, Cənubi Afrika millisinin üzvü olan D.Ndlovu ötən mövsüm  Kipr çempionatında  meydana çıxdığı 28 oyunda 16 qol vurub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun