İran "OPEC" ölkələrinin neft hasilatının “dondurulması” planını dəstəkləyə bilər

İran "OPEC" ölkələrinin neft hasilatının “dondurulması” planını dəstəkləyə bilər
24 Avqust 2016
Mətni dəyiş
İran neft bazarının bərpa olunması naminə OPEK ölkələrinin neft hasilatının “dondurulması” təşəbbüsünü dəstəkləyə bilər. APA-nın xəbərinə görə, bu barədə “Reuters” karteldəki mənbələrinə istinadən məlumat yayıb. Məlumata görə, ölkə rəhbərliyi OPEK-ə üzv olan ölkələrin Əlcəzairdə keçiriləcək enerji forumu ərəfəsində “pozitiv siqnallar” verməkdədir.
Mənbə iddia edir ki,  rəsmi Tehran hələlik yekun qərar verməsə də, digər ölkələrlə razılaşmanın əldə olunmasını dəstəkləyəcək. İran mayda hasilatın sanksiyalardan əvvəlki səviyyəsini bərpa etdiyini bildirərək, neft hasilatının “dondurulması” planını dəstəkləyəcəyini bəyan edib. Bundan əvvəl İranın neft naziri Bijan Namdar Zanqanenin  OPEK-ə üzv olan ölkələrin nümayəndələrinin Əlcəzairdə keçiriləcək  qeyri-rəsmi görüşündə iştirak edəcəyi bildirilib.
Qeyd edək ki, beynəlxalq enerji forumunun sentyabrın 26-dan 28-dək  Əlcəzairdə keçirilməsi nəzərdə tutulub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun