İlk 7 ayda Azərbaycanın gəlirləri 12 mlrd dollar azalıb

İlk 7 ayda Azərbaycanın gəlirləri 12 mlrd dollar azalıb
18 Avqust 2016
Mətni dəyiş
Bu ilin 7 ayının göstəricilərinə görə, ölkə iqtisadiyyatında böyük geriləmə qeydə alınıb. Bu barədə iqtisadçı Nemət Əliyev Dövlət Statistika Komitəsinin məlumatları əsasında sosial şəbəkədə fikirlərini paylaşıb.
“Yanvar-iyul aylarında ümumi iqtisadi gəlirlərimiz 12 milyard dollar və ya 37%-ə qədər azalıb. İtkilərin 68%-ə yaxını qeyri-neft sektorunda əmələ gəlib".
"DSK-nın yaydığı məlumatların təhlili göstərir ki, ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin ilk yeddi ayında Ümumi Daxili Məhsul istehsalı qeyri-neft sektorunda 40%, neft sektorunda 30% azalıb”, – deyə N.Əliyev yazıb.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun