Daha bir xarici şirkət Azərbaycanı tərk edir

Daha bir xarici şirkət Azərbaycanı tərk edir
24 Avqust 2016
Mətni dəyiş
Daha bir xarici şirkət Azərbaycan bazarını tərk etməyə hazırlaşır. Vergilər Nazirliyinin xəbərinə görə, ABŞ-ın "Booz Allen Hamilton Inc." şirkətinin Azərbaycandakı filialı ləğv olunur.
Nazirlikdən bildirilib ki, kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Nizami küçəsi, 90A ünvanındakı "Landmark" biznes mərkəzinin VIII mərtəbəsində yerləşən "Baker and McKenzie - CIS, Ltd." şirkətinə bildirə bilərlər.
"Forbes Blog" 2011-ci ildə bu şirkəti Azərbaycan hökumətini müxalifətçilərin tapılmasına yardım etmək üçün xüsusi proqramla təmin etməkdə günahlandırmışdı. Şirkət həmçinin, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin biznes tərəfdaşı olub.
"Booz Allen Hamilton Inc." şirkəti nazirliyin Regional İnnovasiya Zonası (RİZ) layihəsi üzrə texniki-iqtisadi əsaslandırmanın icrası ilə bağlı elan etdiyi müsabiqədə də qalib seçilmişdi.
Ötən il dekabrın 21-də baş verən son devalvasiyadan sonra bir sıra xarici şirkətlər Azərbaycandan gediblər. Ekspertlər bunu iqtisadı fəallığın azalması və əhalinin alıcılıq qabiliyyətinin düşməsi ilə də izah edirlər.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun