Cənubi Qafqaz Boru Kəmərinə birinci yarımillikdə 511 mln. dollar xərclənib

Cənubi Qafqaz Boru Kəmərinə birinci yarımillikdə 511 mln. dollar xərclənib
23 Avqust 2016
Mətni dəyiş
Bu ilin birinci yarısında Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) gündəlik orta ötürücülüyü 20,1 mln. kubmetr qaz olub.
Bu barədə "BP-Azerbaijan" şirkətinin məlumatında bildirilib.
Hesabat dövründə boru kəməri ilə bağlı fəaliyyətə təqribən 13 mln. ABŞ dolları həcmində əməliyyat xərcləri və 498 mln. dollar əsaslı xərclər, yəni ümumilikdə 511 mln. dollar sərf edilib.
Xatırladaq ki, bu boru kəməri 2006-cı ilin sonunda istismara verilərək əvvəl Azərbaycana və Gürcüstana, 2007-ci ilin iyul ayından başlayaraq isə həm də Türkiyəyə "Şahdəniz-1" qazını çatdırır.
CQBK-nın iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator, SOCAR isə CQBK-nin biznes icrası üzrə məsul kommersiya operatorudur.
"CQBK" şirkətinin sərmayədarları qismində BP (28,8%), "AzSCP" (10%), "SGC Midstream" (6,7%), "Petronas" (15,5%), "LUKoil" (10%), NİCO (10%) və TPAO (19%) şirkətləri çıxış edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun