Cəbrayıl Həsənov Olimpiya Oyunlarında bürünc medal qazanıb

Cəbrayıl Həsənov Olimpiya Oyunlarında bürünc medal qazanıb
20 Avqust 2016
Mətni dəyiş
Azərbaycan yığmasının üzvü Cəbrayıl Həsənov Olimpiya Oyunlarının bürünc medalını qazanıb.
74 kq çəkidə mübarizə aparan Cəbrayıl Həsənov mübarizəyə 1/8 finaldan başlayıb. Avropa çempionumuz əvvəlcə kolumbiyalı Karlos Arturo İzkierdo Mendesi sıradan çıxarıb.
Ardınca 1/4 finalda Yakob Makaraşvili (Gürcüstan) ilə qarşılaşan Həsənov yenə də gücünü göstərərək qələbə qazanıb və yarımfinala vəsiqə qazanıb.
Güləşçimiz yarımfinal görüşündə rusiyalı Aniuar Qeduyevlə qarşılaşıb. Cəbrayıl Həsənov döyüşə fəal başlayıb, lakin hesabda önə keçsə də üstünlüyü saxlamağı bacarmayıb. Yekunda məğlubiyyətlə üzləşən Cəbrayıl bürünc medal uğrunda mübarizə aparıb.
Medal üçün özbək güləşçi Bexzad Abdurrahmanovla qarşılaşan güləşçimiz oyun boyu rəqibindən üstün olub və sonda bürünc medalı qazana bilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun