Bu gün dövlət istiqrazları üzrə hərrac keçirilib

Bu gün dövlət istiqrazları üzrə hərrac keçirilib
2 Avqust 2016
Mətni dəyiş
Bu gün Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0101007513 ISIN kodlu, tədavül müddəti 91 gün olan 20 mln. manat məbləğində dövlət istiqrazları üzrə hərrac keçirilib.
Nazirlikdən verilən məlumata görə, dövlət istiqrazları üzrə investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 35,4 mln. manat təşkil edib.
Nazirlik tərəfindən 15,2 mln. manat məbləğində dövlət istiqrazların rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 97,9626 (gəlirlilik 8,4577%) səviyyəsində müəyyən edilib.
İstiqrazların ödəmə müddəti 1 noyabr 2016-cı ildir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun