Bilikli insanlardan daha bilikli olduğumuzu düşündüyümüz - Dunning Kruger effekti

Bilikli insanlardan daha bilikli olduğumuzu düşündüyümüz - Dunning Kruger effekti
11 Avqust 2016
Mətni dəyiş
Əslində buna gündəlik həyatda daim qarşılaşdığımız "cahil cəsarəti"nin elmi adı da deyə bilərik.
Psixologiya sahəsində "İg Nobel" mükafatı alan elmi iş həm də Dunning Kruger sindromu kimi xarakterizə edilir. Psixoloqlar Justin Kruger və David Dunningin tarixə düşməyinə səbəb olan nəzəriyyəni qısaca, "cəhalət - reallığın əksinə, şəxsin özünə olan etibarını artırır" adlandırıb.
Avtomobil idarə etmək, nəyisə həll etmək, tennis oynamaq kimi müxtəlif sahələrdə aparılan tədqiqatlar nəticəsində bu inandırıcı faktlar əldə edilib:
- Xaraktersiz insanlar nə dərəcədə xaraktersiz olduqlarının fərqinə vara bilmirlər.
- Xaraktersiz insanlar özlərini daha çox göstərməyə meyilli olurlar.
- Xaraktersiz insanlar həqiqətən məlumatlı insanların xüsusiyyətlərini görüb anlamaqda acizdirlər.
- Onların xarakteri müəyyən təhsillə artırılırsa, həmin insanlar xaraktersizliklərinin fərqinə varmağa başlayırlar.
Qiymətləndirmə zəifliyi
Bir müddət sonra onlar bu nəzəriyyələrini test etmək üçün münbit şərait tapıblar. Cornell universitetində 45 tələbənin üzərində testi yoxlayıblar və onlara müxtəlif suallar veriblər. Daha sonra tələbələrdən testin nəticələrində nə dərəcədə uğurlu olduqlarını təxmin etmələrini istəyiblər.
Ən uğursuzların (sadəcə, 10% və daha az düzgün cavab verənlərin) testin 60%-nə düzgün cavab verdiklərini bildirdikləri ortaya çıxıb. Ən yaxşıların isə ən təvazökar fərdlər olduğu müəyyənləşdirilib. (Qeyd: Dunning və Kruger bu işləri sayəsində 2000-ci ildə "İg Nobel"ə layiq görülüblər).
İşçi öz qabiliyyətini qiymətləndirməkdə və əskikliyinin dərəcəsini bilməkdə acizdir. Amma əsl dəhşətli olan bu "çatışmazlıq + həddini aşmaq" kokteylinin peşə baxımından insanları özündən uzaqlaşdıran qüvvəyə çevirməsidir. İşində çox yaxşı olduğuna ürəkdən inanan "qeyri-kafi" biri özünü və etdiklərini tərifləməkdən, hər işdə göz önündə olmaqdan və layiq olmadığı vəzifələrə göz qoymaqdan bir qram da narahat olmur. Əksinə, özünə haqq qazandırır.
Lakin həqiqətən bilikli və qabiliyyətli insanlar iş həyatında hədsiz təvazökar davranaraq, özlərinə haqsızlıq edirlər, işlərini yaxşı nümayiş etdirə bilmirlər, yüksək vəzifələrə özbaşlarına çata bilməyəcəklərini düşünürlər və bu reallıqda da belə olur. Çünki zaman ötdükcə özlərini daha çox geri çəkirlər.
Nəticədə, kifayətsiz insanlar hər zaman və hər yerdə daha sürətlə yüksəklərə qalxacaqlar və daha yuxarı pillələrə çata biləcəklər. Ətrafınıza diqqətlə baxın, görün, mütəxəssislərə haqq verəcəksinizmi?
"İg Nobel" mükafatı Harvard universiteti tərəfindən "Nobel"in təkrarı kimi ən mənasız və yenidən təkrarlanmayacaq, daha doğrusu, təkrarlanması lazım olmayan elmi işlərə verilən mükafatdır. "İg Nobel" dəyərsiz mənasına gələn "ignoble" sözündən yaranmış uydurma kəlmədir.
Tərcümə: Nərgiz Nənə
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun