Bağlanan doqquz bankın qorunan əmanətçilərinə 218 mln. manatdan artıq kompensasiya ödənilib

Bağlanan doqquz bankın qorunan əmanətçilərinə 218 mln. manatdan artıq kompensasiya ödənilib
26 Avqust 2016
Mətni dəyiş
Əmanətlərin Sığortalanması Fondu tərəfindən 25 avqust 2016-cı il tarixdə “Parabank” ASC-nin qorunan əmanətçilərinə 20 mln. 699 min manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 36 mln. 513 min manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə  9 mln. 946 min manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 2 mln. 473 min manatdan artıq kompensasiya ödənilib. 4 bank üzrə ümumilikdə 69 mln. 631 min manatdan artıq kompensasiya ödənilib.
Fonddan verilən məlumata görə, 25 avqust 2016-cı il tarixdə “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 3 mln. 138 min manat, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 883 min manatdan artıq kompensasiya ödənilib. 2 bank üzrə ümumilikdə 4 mln. manatdan artıq kompensasiya ödənilib.
25 avqust 2016-cı il tarixdə “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 mln. 052 min, “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 895 min 554 min manat, “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 119  mln. 504 min manatdan artıq kompensasiya ödənilib. 3 bank üzrə ümumilikdə 144 mln. 451 min manatdan artıq kompensasiya ödənilib.
Qeyd edək ki, ümumilikdə Fond tərəfindən 9 bank üzrə 218 mln. manatdan artıq kompensasiya ödənilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun